Nazirliyin 24 əməkdaşı korrupsiyada ittiham olunur

Nazirliyin 24 əməkdaşı korrupsiyada ittiham olunur
  10 İyun 2019    Oxunub:2360
Vergilər Nazirliyində aparılan yoxlamaların məqsədi yerli maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarına dair ödəniş sənədlərinin düzgün işlənib-işlənməməsini araşdırmaq olub.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib.

Qeyd olunub ki, nazirlik mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda aşkar olunmuş faktları toplayaraq, hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib:

"Bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib".

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti