“KamAZ” dərəyə aşdı, sərnişin öldü

  13 İyun 2019    Oxunub : 427
“KamAZ” dərəyə aşdı, sərnişin öldü
İyunun 12-də saat 13 radələrində Yardımlı rayonunun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza   Kamaz