Həyətlərində narkoitk əkən şəxslər tutuldu

Həyətlərində narkoitk əkən şəxslər tutuldu
  13 İyun 2019    Oxunub:1785
Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Yuxarı Salamabad kənd sakini E.Hüseynovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən 42 ədəd çətənə kolu və 1,7 kiloqram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini X.İsaxəliyevin çay kənarında kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu idarə etdiyi “Opel” markalı avtomobildən aşkar edilərək götürülüb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbəsində yaşayan Ə.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti