Mağazadan telefon oğurlayan qadın tutuldu

Mağazadan telefon oğurlayan qadın tutuldu
  13 İyun 2019    Oxunub:1793
Oğurluqla məşğul olan şəxslərin aşkarlanaraq tutulması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti