3,2 ton narkotik məhv edilib

3,2 ton narkotik məhv edilib
  13 İyun 2019    Oxunub:1861
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəqiyyatda Baş Polis İdarəsinin Yevlax XPŞ-nin əməkdaşları tərəfindən Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolu xəttinin kənarında yabanı halda bitmiş, çəkisi 3,2 ton olan 3452 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti