Qoruq ərazisində yanğın söndürülüb

Qoruq ərazisində yanğın söndürülüb
  15 İyun 2019    Oxunub:1936
Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Qobustan  





Xəbər lenti