Bakı metrosunda problem: Qatar qapısı açıq hərəkət etdi

  14 İyun 2019    Oxunub : 1540
 Bakı metrosunda problem: Qatar qapısı açıq hərəkət etdi
Bu gün axşam saatlarında Bakı metrosunda qatarda problem yaranıb.

Azvision.az xəbər verir ki, texniki nasazlıq səbəbindən vaqonlardan biri "28 May" stansiyasından "Gənclik" istiqamətində qapısı açıq şəkildə hərəkət edib. Növbəti stansiyada problem aradan qaldırılıb.
Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib. O, bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Metro   Qatar   Vaqon