Füzulidə 70 hektar ərazi külə döndü

  15 İyun 2019    Oxunub : 1232
Füzulidə 70 hektar ərazi külə döndü
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində 40 ha biçilmiş taxıl sahəsi və 30 ha sahədə quru ot yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın