Paytaxtda ev, Yevlaxda mağaza yanıb

  15 İyun 2019    Oxunub : 1019
Paytaxtda ev, Yevlaxda mağaza yanıb
Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan mallar 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında 10 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Azvision.az

Teqlər: FHN   Yanğın