5 nəfərdən narkotik götürülüb

  15 İyun 2019    Oxunub : 1109
5 nəfərdən narkotik götürülüb
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhər sakinləri olan R.Məmmədovdan 2,15 qram heroin və 470 qram marixuana, K.Haxıyevdən 465 qram və F.Niftullayevdən 485 qram marixuana götürülüb.
Daxili İşləri Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 27,04 qram tiryək və 1,25 qram heroin götürülüb. Onun evinə baxış zamanı əlavə olaraq 459,82 qram tiryək və 0,31 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qımır kənd sakini A.Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 101 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik