Köməksiz qalan 4 nəfər xilas edildi

  15 İyun 2019    Oxunub : 711
Köməksiz qalan 4 nəfər xilas edildi
Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Digər məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda liftdə qalan bir nəfər vətəndaşa, Nəsimi rayonunda isə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxsə müvafiq köməklik göstərib.

Azvision.az

Teqlər: FHN