Qaynını öldürdü, 4 gündən sona təslim oldu

Qaynını öldürdü, 4 gündən sona təslim oldu
  18 İyun 2019    Oxunub:2458
İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olub və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti