Bakıda intihara cəhdin qarşısı alınıb

   Bakıda intihara cəhdin qarşısı alınıb
  19 İyun 2019    Oxunub:2630
Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az



Teqlər: FHN   İntihar  





Xəbər lenti