Şabranda 21 yaşlı qız itkin düşüb - FOTO

   Şabranda 21 yaşlı qız itkin düşüb -    FOTO
  19 İyun 2019    Oxunub:4943
Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, N.Dadaşova 2019-cu ilin iyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: Boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Azvision.az



Teqlər: DİN   Şabran   Qız   İtkin  





Xəbər lenti