Bakıda evdən 80 minlik oğurluq edilib

 Bakıda evdən 80 minlik oğurluq edilib
  19 İyun 2019    Oxunub:1686
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti