Bir gündə iki piyada qəzada ölüb

  20 İyun 2019    Oxunub : 850
Bir gündə iki piyada qəzada ölüb
İyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurub və piyada hadisə yerində ölüb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, anoloji hadisə iyunun 19-da saat 22 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza