Bakıda qəza tıxac yaratdı, avtobuslar gecikir - FOTO

Bakıda qəza tıxac yaratdı, avtobuslar gecikir -  FOTO
  21 İyun 2019    Oxunub:2335
Heydər Əliyev prospektində, Atletlər kəndinin qarşısında (şəhər istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, qəza səbəbindən hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var: "Bu isə öz növbəsində həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır".



Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Avtobus   Qəza  





Xəbər lenti