Özünü körpüdən atan qadını FHN-in yastığı xilas edib

Özünü körpüdən atan qadını FHN-in yastığı xilas edib
  21 İyun 2019    Oxunub:5005
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər zamanı o, özünü körpüdən aşağı atıb və xilasedicilər tərəfindən quraşdırılan xilasetmə yastığının üzərinə düşüb. Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti