Badamdarda maşınla vurulan piyada ölüb

Badamdarda maşınla vurulan piyada ölüb
  21 İyun 2019    Oxunub:1684
İyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Qəşəm Hüseynovu vurub.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti