Bilgəhdə bir nəfər dənizdə batıb

Bilgəhdə bir nəfər dənizdə batıb
  22 İyun 2019    Oxunub:1580
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: FHN   Dəniz  





Xəbər lenti