Kürdə batan qardaşların meyiti tapılıb

Kürdə batan qardaşların meyiti tapılıb
  22 İyun 2019    Oxunub:2306
İyunun 21-də Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, R. Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünən Ramal Sadıqov qardaşı Rəvan Sadıqov ilə birlikdə kür çayında batıb. Bu gün onların hər ikisinin meyiti tapılaraq ailələrinə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Kür   Çay   Meyit  





Xəbər lenti