Bakıda 5 nəfər köməksiz vəziyyətdə qalıb

Bakıda 5 nəfər köməksiz vəziyyətdə qalıb
  22 İyun 2019    Oxunub:1463
Bakı şəhərinin Yasamal və Səbail rayonlarında ayrı-ayrı ünvanlarda üçü azyaşlı olmaqla 5 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlara müvafiq köməklik göstərib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti