Ana uşağı ilə birgə intihara cəhd edib

Ana uşağı ilə birgə intihara cəhd edib
  24 İyun 2019    Oxunub:1612
Nizami rayonunda intihara cəhd olub.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, həmin şəxslərin ana və uşağı olduğu bildirilir.

Azvision.az



Teqlər: FHN   İntihar  





Xəbər lenti