Gömrükdən qanunsuz dərman keçirmək istədi

  27 İyun 2019    Oxunub : 581
Gömrükdən qanunsuz dərman keçirmək istədi
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin yük yerində olan çantanın içərisindən 3 qutu "Methandienone 100", 20 qutu "Stanozolol 50 mg", 18 qutu "Enandrol 250 mg", 50 qutu "Propandrol 100 mg", 24 qutu "Sustamed 250 mg", 20 flakon "Nandroged 200 mg", 10 flakon "Dianoged 50 mg", 24 flakon "Sustoged 250 mg", hər birində 30 həb olmaqla 60 konvalyut "Oxanarol 10 mg", hər birində 25 həb olmaqla 57 konvalyut "Clenbuterol", hər birində 25 həb olmaqla 80 konvalyut "Turinarol 10 mg", hər birində 50 həb olmaqla 60 konvalyut "Turhoged 10 mg", hər birində 25 həb olmaqla 80 konvalyut "Winstrol 10 mg" dərman preparatları və 30 ədəd üzərində "Turhohed" yazılan boş dərman qutuları aşkarlanıb.

Azvision.az

Teqlər: DGK   Dərman