Avropalı nümayəndələr Şamaxı və İsmayıllıda olublar - FOTOLAR

  27 İyun 2019    Oxunub : 962
Avropalı nümayəndələr Şamaxı və İsmayıllıda olublar - FOTOLAR
Azərbaycanda səfərdə olan Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun (DG NEAR) Avropa Komissiyası bölmə rəhbərləri Lourens Meredit və Mark Conston Avropa İttifaqının maliyyələşdirdiyi layihələrlə tanış olmaq üçün bu ilin iyun ayının 26-da Şamaxı və İsmayıllı rayonlarında olublar.
Layihə səfəri zamanı bölmə rəhbərləri Şamaxıda Avropa İttifaqının maliyyələşdirdiyi Kənd Yerləri və Regionların İnkişafına Dəstək üzrə Texniki Yardım layihəsinə baş çəkiblər.

Bölmə rəhbərləri ilə Şamaxı rayon İcra Hakimiyyətində baş tutan görüşdə rəsmi hissədən öncə rayonun başçısı Tahir Məmmədov tərəfindən qonaqlara Şamaxı ilə bağlı ətraflı məlumat verilib. Çay süfrəsi ətarfına baş tutan söhbət zamanı Şamaxının tarixi abidələrinə, qədimliyinə diqqət yetirilib.



Tanışlıqdan sonra görüşün rəsmi hissəsi başlayıb. Layihənin qiymətləndirilməsi zamanı bildirilib ki, 2017-ci ilin yanvar ayından həyata keçirilən layihə iqtisadiyyatın şaxələndiriləməsinə və Quba-Xaçmaz, Dağlıq Şirvan və Göyçay regionlarının davamlı inkişafınamüsbət təsir göstərir. Layihə təşkilatçıları qeyd ediblər ki, üzümçülük sahəsində üstünlüklərə malik olan Şamaxı rayonunda həyata keçirilən layihənin məqsədlərindən biri də yerli fermerləri təlim sessiyaları və təlim səfərlərinə cəlb etmək və mini şərabçılıq texnologiyalarını öyrətməkdir.



Lourens Meredit bildirib ki, Avropa İttifaqının regionların və kənd yerlərinin inkişafına göstərdiyi dəstək Azərbaycanla əməkdaşlığıın əsas prioritetlərindən biridir.

“İnsanlar bu gündəliyin özəyini təşkil edir. Bizim layihələrimizin kiçik və orta müəssisələrlə, ailə biznesləri ilə birbaşa işlədiklərini, onlara bilik və bacarıq aşılamaqla bizneslərinin inkişaf etdirdiklərini, yein iş yerləri və imkanlar yaratdığını bilmək mənə xoşdur”.




Nümayədə heyəti müzakirələrdən sonra Şamaxının Məlcək kəndində gedərək Avropa İttifaqının layihəsinə daxil olan üzümçü fermerlərlə görüşüblər.

Layihə rəhbəri Anna Sinvik fermerlərlə söhbətləşib. O, bildirib ki, Şamaxıya görülmüş işlərlə tanışlıq məqsədi ilə gəliblər.

Şamaxıda bizim işlərimiz 2017—ci ildən başlayıb və bu gün biz ona yekun vururuq. Şamaxı rayonundan sonra biz bu cü işləri ŞəkiZaqatala rayonlarında davam etdirəcəyik”, deyə Anna Sinvik qeyd edib.



Lourens Meredit isə rayonda mini zavodların tikilməsinin vacibliyini vurğulayıb.

Nümayəndələr səfəri İsmayıllı rayonunun İvanovka kəndində davam etdiriblər. Burada nümayəndələr və jurnalistlər regionların və kənd yerlərinin inkişafı üçün Slow Food Beynəlxalq Təşkilatının həyata keçirdiyi digər qrant layihəsindən faydalanan təsərrüfatçılarla görüşüblər. Layihə çərçivəsində seçilmiş məhsullardan dadıblar.

Söhbət zamanı bildirilib ki, büdcəsi 1.7 milyon manat olan 3 illik layihəyə keçən ilin sentyabr ayından başlanılıb. Məqsəd yerli kulinariyanı, biomüxtəlifliyi, mədəni irs və davamlı gəlir mənbələrini qorumaqdır. 5 rayonunu - Şəki, Şamaxı, İsmayıllı, Qax, Qəbələni əhatə layihədə dörd ay ərzində 40-dan çox qida məhsulu haqda məlumat toplanılb. Və bu işdə yerli əhali kömək göstərməyə maraqlıdır.



































Şahanə Rəhimli
Azvision.az











Teqlər: