“Fermerlər sığorta zamanı problemlər yaşayır” - Mirzə Əliyev

   “Fermerlər sığorta zamanı problemlər yaşayır” -    Mirzə Əliyev
  28 İyun 2019    Oxunub:2291
"Kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların sığortalanması zamanı fermerlər bir sıra problemlər yaşayırlar"
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

O bildirib ki, kənd təsərrüfatında vətəndaşın özünün imkanlarına və onun sığorta tarixçəsinə, heyvanı harada və hansı şəkildə saxlayacağına baxmadan hamıya standart sığorta təklif edirlər.

M.Əliyev qeyd edib ki, kənd təsərrüfatı texnikalarının sığortalanması zamanı müəyyən çətinliklər var. "Texnikalara xüsusi sığorta növü ilə deyil, avtomobillərə tətbiq olunan kasko sığortası üzrə tariflər tətbiq edilir. Traktor və ya kotan aldıqda heç bir fərq qoyulmur və bu da fermerlərin həmin məhsulları sığortalamasına marağı azaldır".

Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Sığorta   Texnika  





Xəbər lenti