Polis Göyçayda narkotik əməliyyatı keçirib

  28 İyun 2019    Oxunub : 574
Polis Göyçayda narkotik əməliyyatı keçirib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik   Əməliyyat