Azərbaycanda ceyranların məskəni - FOTOREPORTAJ

  28 İyun 2019    Oxunub : 4935
Azərbaycanda ceyranların məskəni - FOTOREPORTAJ
Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. Kür-Araz ovalığının cənub-şərqində yerləşən parkın ərazisi 65580 hektardır. Buranın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycanın "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Şirvan Milli Parkında adı "Qırmızı kitab"a düşən ceyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və digərlərinə rast gəlmək mümkündür. Parkın ərazisində 6500 başdan çox ceyran, həmçinin müxtəlif quş növbələri məskunlaşıb. Milli Parka giriş 18 yaşdan yuxarı vətəndaşlar üçün 2 manat, uşaqlar, Milli Qəhrəman və müharibə veteranlarına isə pulsuzdur.



















































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Milli-Park   Şirvan   Heyvan