Tarixi görüş: Tramp ilk dəfə Şimali Koreyada - (Yenilənib)

  30 İyun 2019    Oxunub : 7436
Tarixi görüş: Tramp ilk dəfə Şimali Koreyada - (Yenilənib)
Bu gün ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş olub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlərin görüşü Koreya yarımadasının hərbsizləşdirilmiş Pxanmuncom məntəqəsində keçirilib. Danışıqlarda Cənubi Koreya prezidenti Mun Çje İn də iştirak edib.


Görüşdən sonra Tramp Kim Çen Inla birlikdə sərhəddən Şimali Koreya tərəfinə keçib. Bununla da Tramp KXDR sərhədini keçən ilk ABŞ prezidenti kimi tarixə düşüb.

Jurnalistlərin suallarını cavablandıran Tramp Şimali Koreya liderini ABŞ-a dəvət etdiyini deyib.

Azvision.az

Teqlər: Tramp   ABŞ   Kim-Çen-ıN