Azərbaycanın “Minsk 2019”da 26-cı medalı - Yenilənib

  30 İyun 2019    Oxunub : 2866
 Azərbaycanın “Minsk 2019”da 26-cı medalı - Yenilənib
Azərbaycan Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında növbəti medalını qazanıb.
Azvision.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışda ölkəmizi təmsil edən İslam Abbasov (83 kq) bu gün final görüşünə çıxıb.

23 yaşlı idmançı ukraynalı Jan Belenyuka məğlub olaraq turnirin gümüş medalına layiq görülüb.



***
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Minskdə bürünc medal qazanıb. 130 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan 3-cü yer uğrunda görüşdə norveçli Oskar Marvikə qalib gəlib.

Bununla da, Azərbaycanın “Minsk 2019”da qazandığı medalların sayı 26-ya çatıb.

Azvision.az

Teqlər: Güləş   İslam-Abbasov