Ağdaş sakinindən silah və narkotik götürülüb

Ağdaş sakinindən silah və narkotik götürülüb
  04 İyul 2019    Oxunub:1569
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunub.



Davam etdirilən tədbirlərlə Q. Məmmədova məxsus evdən və həyətdəki toyuq hinindən 18 ədəd kibrit qutusunda, sellofan torbalarda ümumi çəkisi 400 qrama yaxın qurudulmuş marixuana, 3 ədəd kisədə çəkisi 2 kq 655 qr narkotik vasitə olan qurudulmayan marixuana, eləcə də bir ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: Ağdaş   DİN  





Xəbər lenti