Azərbaycanda 65 minə yaxın qadın hamilədir

  Azərbaycanda 65 minə yaxın qadın hamilədir
  05 İyul 2019    Oxunub:2676
Carı ilin birinci yarısının məlumatlarına əsasən, ölkədə 65 minə yaxın hamilə qadın var. Onların 40 faizini riskli hamilələr təşkil edir.

Bunu Azvision.az -a açıqlamasında Respublika Doğuşayardım komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, riskli hamiləliklər arasında birinci yerdə qan xəstəlikləri, anemiya durur.
"İkinci yerdə böyrək xəstəlikləridir, belə hamilə qadınmların sayı 6-7 faiz təşkil edir. Ürək xəstəlikləri olan hamilə qadınlar çox azdır, təxminən 3-4 faiz. Uşaqlıq üzərində çapığı olan hamilə qadınlar daha çoxdur. Belə ki, riskli hamilələrin 30 faizi uşaqlıq üzərində çapığı olan, qeysəriyyə əməliyyatından qısa müddət sonra təkrar hamilə olan qadınlardır. Həmin qadınlarda çapığın aralanması riski yüksəkdir. Həkimlər bildirir ki, qeysəriyyə kəsiyindən sonra ən azı 2 il ərzində hamilə qalmaq olmaz, lakin bəzi qadınlar evə çıxdıqdan 40-50 gün sonra hamilə qalırlar. Bu da onların həyatını təhlükə altına atırlar".



S.Məmmədova qeyd edib ki, iri şəhərlərdə əksər hamilə qadınlar qadın məshlətxanalarına gedirlər: "Əmək miqrasiyası edən insanların həkimə getmələri az olur. Buna görə qadınların 1/3 hissəsi qeydiyyata düşmür.
Rayonlarda isə bu vəziyyət çox acınacaqlıdır. Onlar qayınata və qayınanaya bağlı olur və mentalitetə görə evdən çölə çıxması çətinləşir. Hamilə qadında bu dönəmdə müəyyən propblemlər ola bilər. Onlar isə qadını gətirə bilməyəndə müəyyən fəsadlar baş verə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qadın   Hamilə   Həkim  





Xəbər lenti