Üç keçmiş məhkum yenidən cinayət törətdi

  06 İyul 2019    Oxunub : 670
Üç keçmiş məhkum yenidən cinayət törətdi
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunanlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   oğurluq