Köməksiz qalan 2 uşaq xilas edilib

Köməksiz qalan 2 uşaq xilas edilib
  08 İyul 2019    Oxunub:1375
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bağlı qapı arxasında köməksiz qalan 2 azyaşlıya kömək ediblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti