Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib - FOTOLAR

  19 İyul 2019    Oxunub : 743
 Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
DSX Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş verən koordinatlara istiqamət götürb, qayıq Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə aşkar olunub və heyət üzvləri xilas olunaraq sahilə çıxarılıblar.




Azvision.az

Teqlər: DSX