Vergilər Nazirliyinin strukturu təsdiqləndi

 Vergilər Nazirliyinin strukturu təsdiqləndi
  24 İyul 2019    Oxunub:2330
Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq olunub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin strukturu aşağıdakı kimi təşkil edilib:

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar isə belədir: Milli Gəlirlər Baş İdarəsi; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi; İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi; Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi; Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə; Çağrı Mərkəzi (baş idarə səlahiyyətli); yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

Azvision.az


Teqlər: Vergilər-Nazirliyi   Sərəncam  





Xəbər lenti