Siyəzəndə yanğın olub

  14 Avqust 2019    Oxunub : 780
Siyəzəndə yanğın olub
Siyəzən rayonunun Eynibulaq kəndində ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tövlənin qalan hissəsi və yaxınlıqdan keçən magistral qaz kəməri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Siyəzən   Yanğın