Rayonlara yağış yağacaq, dolu gözlənilir

Rayonlara yağış yağacaq, dolu gözlənilir
  16 Avqust 2019    Oxunub:2277
Azərbaycanda avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub–şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq rayonlarda qısamüddətli şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı ehtimal edilir.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti