911 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

  16 Avqust 2019    Oxunub : 1792
 911 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

Azvision.az

Teqlər: Statistika   Azərbaycan