Qubada narkotik alverçisi saxlanılıb - FOTO

   Qubada narkotik alverçisi saxlanılıb -    FOTO
  04 Sentyabr 2019    Oxunub:2025
Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb.



RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi 420 qram olan narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Quba   Narkotik  





Xəbər lenti