Mahir Emrelinin mənzili qarət olunub - 60 minlik oğurluq

  11 Sentyabr 2019    Oxunub : 1511
 Mahir Emrelinin mənzili qarət olunub - 60 minlik oğurluq
Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.
Azvision.az "Report"a istinadən xəbər verir ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Azvision.az

Teqlər: Mahir-Emreli   Futbolçu   Qarət