Bəzi rayonların qaz təchizatı dayandırılıb

  27 Sentyabr 2019    Oxunub : 899
Bəzi rayonların qaz təchizatı dayandırılıb
Sentyabrın 27-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin həyata keçirəcəyi quraşdırma işləri ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə verilir.

Saat 12:00-dan isə Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman “8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.

Azvision.az

Teqlər: Qaz