Azərbaycan əhalisinin sayı açıqlandı

  17 Oktyabr 2019    Oxunub : 1081
 Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

Azvision.az

Teqlər: Statistika