Prezident tarzən Fikrət Verdiyevə ev hədiyyə edib

   Prezident tarzən Fikrət Verdiyevə ev hədiyyə edib
  18 Oktyabr 2019    Oxunub:4005
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, tarzən Fikrət Verdiyevə mənzil hədiyyə edib.
Azvision.az xəbər verir ki, bu barədə Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova (Verdiyeva) "Facebook" səhifəsində məlumat yayıb.

"Bu gün hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən, Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk", - deyə B.Cavanşirova qeyd edib.



Azvision.az



Teqlər: FikrətVerdiyev   Mənzil  





Xəbər lenti