Siyahıya alınmayan 82 nəfər “Qaynar xətt”ə müraciət edib

  Siyahıya alınmayan 82 nəfər “Qaynar xətt”ə müraciət edib
  26 Oktyabr 2019    Oxunub:1591
Cari ilin 15 oktyabr tarixindən indiyədək Dövlət Statistika Komitəsində yaradılmış "Qaynar xətt mərkəzi"nə 82 müraciət daxil olub.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bildirib. Komitə rəsmisinin sözlərinə görə, müraciətlərin əksəriyyəti siyahıyaalma prosesindən kənarda qalmış şəxslər tərəfindən olub.
Müraciətlər yerli statistika orqanlarında yaradılmış operativ qruplara yönəldilib və həmin şəxslərin siyahıyaalmaya cəlb edilməsi təmin olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Komitə  





Xəbər lenti