“Qaçqınkom”da kollegiya iclası keçirilib

  26 Oktyabr 2019    Oxunub : 746
“Qaçqınkom”da kollegiya iclası keçirilib
Azərbaycanda sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, onları daha da artırmaq üçün kifayət qədər imkan və potensial var. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu barədə ətraflı danışılıb və dövlətimizin başçısı iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmağı, islahatları davam etdirməyihökumətin qarşısında əsas vəzifə kimi qoyub. Bu zaman mövcud ehtiyatlar aşkar edilməli, büdcə gəlirləri artırılmalı, həmçinin büdcə xərclərinin məqsədyönlülüyü və şəffaflığı təmin olunmalıdır. Ölkə rəhbəri apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan edib. Bu baxımdan, dövlətimizin artan imkanları və büdcə gəlirləri əhalinin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir.
Azvision.az xəbər verir ki, bu fikirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin geniş kollegiyasında səsləndirilib. Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il nəzərdə tutulan genişmiqyaslı işlərindavam etdirildiyini, Prezident İlham Əliyevin gələn il görüləcək işlərlə bağlı konkret tapşrıqlar verdiyini bildirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunmasının vacibliyini vurğulayıb.

Kollegiya iclasında Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun 2019-cu ildə icrası nəzərdə tutulan layihələri üzrə işlərin gedişi barədə Fondun icraçı direktoru Mahir Abbaszadənin,komitənin regional strukturlarının fəaliyyəti və onların işinin təkmilləşdirilməsi tədbirləri, həmçinin məcburi köçkünlərin fərdi uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən işlərin vəziyyəti haqqında barədə komitə sədrinin müavini Fuad Hüseynovun, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğun artırılması məsələləri barədə şöbə müdiri Sənan Hüseynovun, büdcə vəsaiti və investiya xərcləri hesabına aparılan təmir-tikinti işlərinin vəziyyəti barədə şöbə müdiri Rövşən Əlvəndovun, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə departamentin direktoru Səbuhi Əhmədovun hesabatları dinlənilib və müzakirə edilib.

Kollegiya gündəlikdə məsələlərlə bağlı qərarlar qəbul edib.

Azvision.az

Teqlər: Komitə   Kollegiya   İclas   Rövşən-Rzayev