“Zelenski üç dəfə Putinlə telefonla danışıb” - XİN rəhbəri

  29 Oktyabr 2019    Oxunub : 946
“Zelenski üç dəfə Putinlə telefonla danışıb” - XİN rəhbəri
Ukraynanın xarici işlər naziri Vadim Pristayko Prezident Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri jurnalistlərə deyib.

"Zelenski üç dəfə onunla telefonla danışıb. Əminəm ki, Ukrayna Prezidenti nəyə və necə nail olmağın mümkünlüyünü yaxşı başa düşür", - deyə nazir bildirib.

Eyni zamanda, Pristayko liderlər arasında "Norman dördlüyü" sammiti çərçivəsində, yaxud ikitərəfli görüşdən söhbət getdiyini aydınlaşdırmayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zelenski   Ukrayna   Putin