Nazirlik: Pirallahıdakı partlayışda 3 nəfər yaralanıb

  29 Oktyabr 2019    Oxunub : 998
 Nazirlik: Pirallahıdakı partlayışda 3 nəfər yaralanıb
Paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında baş verən partlayış barədə Təcili Tibbi Yardıma saat 13:20-də çağırış daxil olub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar.

"İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə   Partlayış   Pirallahı   Socar