Axtarışda olan Astara sakini 17 ildən sonra saxlanıldı

 Axtarışda olan Astara sakini 17 ildən sonra saxlanıldı
  30 Oktyabr 2019    Oxunub:1741
17 il axtarışda olan Astara sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Azvision.az


Teqlər: DİN   Astara  





Xəbər lenti