“Ayı ətini satan “ovçu” dövlətə cavab verməli olacaq” - Muxtar Babayev

  31 Oktyabr 2019    Oxunub : 707
“Ayı ətini satan “ovçu” dövlətə cavab verməli olacaq” - Muxtar Babayev
"Azərbaycanda şəxsi evlərdə və iaşə obyektlərində müxtəif heyvanların saxlanması faktları azalıb".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır: "Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür".

M.Babayev sosial şəbəkələrdə vəhşi heyvanların saxlanılması barədə yayılan məlumatlara da münasibət bildirib: "Qəbələdə ayı ətini satan “ovçu” artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq. Burada ictimaiyyətin rolu böyükdür. Sosial şəbəkədə yayılandan sonra həmin insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Muxtar-Babayev